Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri keçirilib
Tarix: 12-08-2021, 17:07
Newscenter.az.12.08.2021. Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2021” təlimləri keçirilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Təlimlərin ölkələr arasında dostluq, əməkdaşlığın inkişafı və təcrübə paylaşımı məqsədilə keçirildiyi vurğulanıb.