Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müracət edib



Newscenter.az.12.08.2021. Kəndə Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə müracət edib.

Newscenter.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, müraciətdə bildirilir ki, subsidiya almaq istəyən fermerlər təkrar əkin barədə bəyanı bu ayın sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Fermerlər qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və yaxud bir neçəsinin əkinini həyata keçirə bilərlər.

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər subsidiya almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Arzu
Xəbəri paylaş