Newscenter.az.12.08.2021. AzTU-nun Beynəlxalq ticarət, logistika və marketinq kafedrası 2021-2022-ci tədris ilində müəllimlərin işə qəbulu üçün vakansiya elan edir. Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, vakansiya bakalavriat və magistratura tədrisi üzrə elan olunub.
Bakalavriat səviyyəsi üzrə tədris ediləcək fənlər standartlaşma və sertifikasiya (rus bölməsi), sənayedə investisiya və innovasiya fəaliyyəti (Azərbaycan və rus bölmələri), ommersiya işi (Azərbaycan bölməsi), satışın idarə edilməsi (Azərbaycan bölməsi), maliyyə uçotu (Azərbaycan bölməsi), firmanın iqtisadiyyatı (Azərbaycan bölməsi), bisnesin əsasları (rus bölməsi), qeyri-neft sənayesinin iqtisadiyyatı (Azərbaycan və rus bölmələri), audit (Azərbaycan və rus bölmələri), english for communication
Magistratura səviyyəsi üzrə tədris ediləcək fənlər isə biznesin idarə edilməsi (rus bölməsi), sənayenin sosial problemləri (Azərbaycan və rus bölmələri), idarəetmə uçotu (Azərbaycan bölməsi), nəqliyyatda investisiya layihələrinin qiymətləndirilməsi (Azərbaycan bölməsi), marketinq tədqiqatları və planlaşdırma (rus bölməsi), biznes-analitika (Azərbaycan bölməsi), keyfiyyətin idarə edilməsi (Azərbaycan və rus bölmələri) investisiya siyasəti və innovasiya fəaliyyəti (Azərbaycan bölməsi), sənayedə investisiya layihələndirilməsi (Azərbaycan bölməsi), sənayenin təşkili və idarə edilməsinin müasir problemlərini (Azərbaycan və rus bölmələri) əhatə edir.
Bakalavriat səviyyəsində yuxarıda göstərilən fənləri tədris edəcək müəllimlərin müvafiq ixtisas üzrə tam ali təhsilinin (magistratura) və ən azı 3 il pedaqoji təcrübəsinin olması tələb olunur.
Magistratura səviyyəsində yuxarıda göstərilən fənləri tədris edəcək müəllimlərin müvafiq ixtisas üzrə elmi dərəcəsinin olması tələb olunur.
Maraqlanan şəxslər CV-lərini [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər. Daha ətraflı məlumat üçün (012) 539 11 13 nömrəsinə zəng edə bilərsiniz.
Ruhiyyə