Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və onun havadarları unutmasın ki, "dəmir yumuruq" öz yerindədir"



Newscenter.az.12.08.2021. "Son bir neçə gündə Naxçıvan, Kəlbəcər istiqamətində atəşkəsin pozulması onu göstərir kii, Ermənistan və onun havadarları yenidən dəmir yumuruğu öz başlarında hiss etmək istəyirlər".

Bunu Newscenter.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov deyib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin etməli idi:

"Təəssüf ki, bu gün hələ də Ermənistan silahlı qüvvələri tam olaraq tərk etməyib. Son günlər Naxçıvan, Kəlbəcər, Şuşa və Tovuz istiqamətdə atəşkəsin pozulması, təxribatların olması buna sübutdur. Əslində bu atəşkəsin pozulması məsələsində əsas məsuliyyət Ermənistanla yanaşı həm də Rusiya sülhməramlıların üzərinə düşür. Çünki son günlər ərzində Ermənistan öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.Bu da açıq-aşkar 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatın kobudcasına pozulması deməkdir. Görünən odur ki, Ermənistan hakimiyyətində 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyəti unudublar. Ermənistan və onun havadarları unutmasın ki, "dəmir yumuruq" öz yerindədir".

O bildirib ki, düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcəkdir. ​Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüz təmin edərək, öz gücünü və qüdrətini nəyinki Ermənistana, bütün dünyaya sübut etdi: "Ulu öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb. Yüksək döyüş qabiliyyətinə, ən müasir hərbi texnika, silah-sürsatla təmin edilən Azərbaycan ordusu bu gün 50 ən güclü orular sırasındadır. Ermənistan çox yox, 1 il öncə uğradığı biabırçı məğlubiyyətini unutmasa daha yaxşı olar. Çünki yenidən hərbi əməliyyatlar başlasa, Ermənistanın bir ölkə kimi varlığını şübhə altınadır".

Emil Əkbərov vurğulayıb ki, Azərbaycan tərəfi Vətən müharibəsinə qədər və sonrakı dövrdə hər zaman qəbul edilən razılaşmalara, beynəlxalq hüquqa hörmətlə yanaşıb: "Ermənistan isə hər zaman regionda sülhün və əmin-amanlığın təmin edilməsinə mane olub.Əslində son günlər törədilən təxribatların da məqsədi regionda sülhün yaranmasına maneə olmaqdır. Hər zaman olduğu kimi Ermənistanın və havadarların növbəti planı da suya düşəcək. Bu gün Qarabağ münaqişəsi anlayışı artıq yoxdur. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Ermənistan bu təxribatlarını davam etdirərsə dəmir yumurğu başında hiss edəcək və bu onların bir dövlət kimi varlığını şübhə altına atacaq".
Xəbəri paylaş