Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub


Newscenter.az.12.08.2021. rmənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Ttucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub.

Bu barədə Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xəbəri paylaş