Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsib Məhəməliyev: " Ermənilərə, yaxşılığı unutmamaq, alicənablıq hissləri yaddır"



Newscenter.az.12.08.2021. Bu gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi, Azərbaycan xalqının və türk dünyasının böyük dostu, türk milli idologiyasının daşıyıcısı, Oljas Süleymanovu “Şərəf” ordeni ilə təltif etmişdir.

Yaxşı xatirimdədir, 1988-ci ildə Ermənistanın Spitak rayonunda güclü zəlzələ baş vermişdi. SSRİ-nin bütün müttəfiq respublikalarından, o cümlədən Azərbaycandan, zəlzələdən zərər çəkənlərə yardım üçün 75 nəfərlik bir qrup təyyarə ilə Ermənistana göndərilmiş, lakin müəmmalı şəkildə təyyarə qəzaya uğramışdı. Cəmi bir nəfər möcüzə nəticəsində sağ qalmış, qalanları isə həlak olmuşdu.

Həmin dövrdə Yuqoslaviyaya məxsus yük təyyarəsi də, tərkibində 4 nəfərlik uçuş heyyətilə qəzaya uğramışdı.

Həmin hadisələrdən az müddət sonra Moskvada Kreml sarayında Xalq deputatları qurultayı keçirilirdi. Ermənilər qurultayda həlak olmuş 4 nəfər Yuqoslaviya təyyarəçilərini xüsusi ehtiramla yad etdilər və verdikləri dəstəyə görə təşəkkürlərini bildirdilər. Ancaq, mürəkkəb şəraitdə, (artıq münaqişə başlamışdı) yardıma gedərkən həlak olmuş 75 azərbaycanlı barədə bir kəlmə də olsun fikir bildirmədilər. Əksinə, əsil erməni xislətinə uyğun olaraq, ciddi-cəhdlə hadisəni gizlətməyə çalışırdılar.

O zamanlar qurultay mərkəzi televiziya vasitəsilə canlı yayımlanırdı. Mixail Qorbaçovun sədrliyi ilə aparılan qurultayda çıxış üçün söz Oljas Süleymanova verildi və mən ilk dəfə olaraq, onun qətiyyətli, məntiqli çıxışının şahidi oldum. Gənc qazax şairi, ermənilərə 4 nəfər təyyarəçi ilə yanaşı 75 azərbaycanlının da yardıma getdiyi zaman həlak olmalarını, ancaq ermənilərin, onların adlarını heç yerdə çəkmədikləri barədə kəskin iradını bildirdi. Zalda Azərbaycandan olan nümayəndə heyəti də vardı. Ancaq, Oljas Süleymanovun həmin an çəkinmədən həqiqəti səsləndirməsi, bir anda onu milyonlarla azərbaycanın sevimlisinə çevirdi. Qeyd etmək yerinə düşər ki, həmin insanların Ermənistana göndərilməsi üçün zərurət yox idi. Düşünmürəm ki, mərkəzdən də belə bir tapşırıq verilmişdi. Sadəcə, o dövrün part-nomenklaturası mərkəzə xoş gəlmək üçün belə bir addım atmaqla, insanların faciəsinə səbəb olmuşdu. Yəqin fikirləşiblər ki, belə xeyirxah missiya erməni-daşnaklarını öz çirkin niyyətlərindən əl çəkməyə vadar edə bilər. Zaman göstərdi ki, yanılmışlar. Ermənilərə, yaxşılığı unutmamaq, alicənablıq hissləri yaddır.

Böyük şair, Azərbaycanın əsil dostu Oljas Süleymanovu təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayıram!!!

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş