Newscenter.az.12.08.2021. «Paşinyan son açıqlamasında dostluqdan, sülhdən, regional əməkdaşlıqdan, sərhədlərin müəyyənləşməsindən və nəqliyyat dəhlizlərinin açılması vacibliyindən danışıb. Paşinyanın sözlərinə aldanmayaq».
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O deyib ki, Paşinyan yeni heç nə deməyib:
«Paşinyan müharibədən bir neçə ay sonra da oxşar fikirləri söyləmiş, ancaq az sonra ritorikasını dəyişmişdi. Paşinyanın açıqlamalarına yox, atdığı və atacağı addımlara baxmaq lazımdır. Biz ondan “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” açıqlamasını gözləyirik - əsas budur».
Mehman