Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana gələn avtomobildə dərman preparatları aşkarlanıb



Newscenter.az.12.08.2021. Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət ediən psixotrop maddələrin siyahısı" na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş