Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokio-2020-də medal qazanan idmançılara 200 min manat veriləcək



Newscenter.az.12.08.2021. Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Newscenter.az xəbər verir ki, sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Tokio olimpiadasını 7 medalla başa vurub. Yığmanın heyətində karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) isə bürünc mükafat qazanıb.
Xəbəri paylaş