Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"YAŞAT" Fondunun nümayəndə heyəti Türkiyədə müalicə alan ağır yaralılarımızı ziyarət edib



Newscenter.az.12.08.2021. "YAŞAT" Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.

Newscenter.az xəbər verir ki, İstanbul, Bursa və Kocaeli şəhərlərində baş tutan görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanır. Eyni zamanda Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.

Fond tərəfindən bu günə qədər 123 ağır yaralımız müalicə üçün Türkiyəyə göndərilib.

Sevinc

Xəbəri paylaş