Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
Tarix: 13-08-2021, 00:21
Newscenter.az.13.08.2021. Bu gün 7 nəfər "Yevlax", "Şüvəlan", "Goradil" və "Xaçmaz" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu barədə Newscenter.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Onlar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.