Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 39 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb



Newscenter.az.13.08.2021. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 12-də qida məhsulları sahəsində fəaliyyət göstərən 39 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Newscenter.az-a AQTA-dan bildirilib ki, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Orxan
Xəbəri paylaş