Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky Canalys qlobal araşdırmasının nəticələrinə əsasən çempiondur



Newscenter.az.13.08.2021. Kaspersky ardıcıl olaraq ikinci ildir ki, Canalys Global Cybersecurity Leadership Matrix qlobal araşdırmasının nəticələrinə əsasən çempion (Champion) statusunu qazanır. Şirkət “Qiymətlədirmə sürəti və rəqabətlilik” və “Satış idarəçiliyinin keyfiyyəti” kateqoriyalarında ən yüksək nəticələri göstərərək tərəfdaşların ümumi reytinqində keçən il ilə müqayisədə 12,7% yüksəlib.

Newscenter.az xəbər verir ki, Canalys matrisinin çempionları son 12 ay ərzində tərəfdaş satışının inkişafında irəliləmə nümayiş etdirən ən yüksək qiymətləndirməyə malik satıcılardır. Cybersecurity Leadership Matrix araşdırması çərçivəsində tədarükçülərin işinin effektivliyi Vendor Benchmark* sistemindəki rəylər əsasında qiymətləndirilir, həmçinin strategiya, rəqabətlilik, müştəri əhatəsi, birləşmələr və satınalmalar, yeni məhsul və təşəbbüslərin bazara çıxışının müstəqil təhlili aparılır.

Ötən il ərzində Kaspersky tərəfdaşlarla işbirliyini təkmilləşdirib. Şirkət xüsusilə sövdələşmələrin qeydiyyatını sadələşdirib və uzaqdan satışın inkişafı üçün kurs hazırlayıb, iri müəssisələrə fokuslanan proqram təqdim edib, o cümlədən tərəfdaşları ilə birgə bir sıra marketinq kampaniyaları həyata keçirib.
“Canalys liderlik matrisində yenidən çempion olmaqdan və ötən ilki nəticələrlə müqayisədə ümumi reytinqdə yüksəliş görməkdən qürur duyuruq. Bu o deməkdir ki, biz qarşımıza qoyduğumuz məqsədlərə çatır və partnyorlarımıza faydalı oluruq”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky tərəfdaşlara xidmətin keyfiyyətini yüksəltmək və onların satışını artırmaq üçün çalışır. Bu işdə tərəfdaşlar üçün təlim proqramları, onlarla daimi ünsiyyət, həmçinin tərəfdaş portalı kimi ixstisaslaşmış platformalar köməyə çatır. Kaspersky-nin tərəfdaşlarına təqdim etdiyi üstünlüklər barədə buradan ətraflı öyrənə bilərsiniz.

*Vendor Benchmark sistemi tərəfdaş proqramlarını müxtəlif sahələrdə, o cümlədən, bir neçə əsas göstərici üzrə effektivliyini ölçərək kiber təhlükəsizlik sahəsində də müqayisə edir.

Sevinc
Xəbəri paylaş