Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İbrahimov yazır: "Penitensiar xidmətinin hər bir əməkdaşının işində istirahət anlayışı yoxdur"



Newscenter.az.13.08.2021. Hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində Ədliyyə Nazirliyi Penitensiar xidmətin çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma ədliyyə zabiti bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, Penitensiar xidmətinin hər bir əməkdaşının işində istirahət anlayışı yoxdur. Bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və ədliyyə zabitinin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də Penitensiar xidmət əməkdaşı haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində ədliyyə zabitinin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, Penitensiar xidmət əməkdaşının qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, ədliyyə zabiti də cəza icra siyasətinin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda peşəkarlığı ilə məhkumların islah edilməsi istiqamətində gecə-gündüz mübarizə aparır.

İnkişaf edən dövlətlərdə Penitensiar xidmət əməkdaşı daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi demokratik dövlətlərdə hər bir zabitin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Amma daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, Penitansiar xidmət əməkdaşının peşəsi çətin və şərəfli olaraq qalır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Penitensiar xidmət əməkdaşının peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, Penitensiar xidmət müstəqil Azərbaycanın dövlətçlik tarixində cəza icra siyasətinin həyata kecirilməsi istiqamətində qarantına çevrilmişdir. Bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş