Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstandakı soydaşlarımıza Qurani-Kərim göndərib



Newscenter.az.13.08.2021. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən (MDTF) Gürcüstan Müsəlmanları İdarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox Qurani-Kərim kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərib.

Newscenter.az xəbər verir ki, kitabların göndərilməsində əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın dini maariflənməsinə dəstək olmaqdır.

Müqəddəs kitabları qəbul edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov belə gözəl təşəbbüsə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna ölkə müsəlmanları və soydaşlarımız adından təşəkkürünü bildirib.

Mehman
Xəbəri paylaş