Newscenter.az.13.08.2021. Rusiyalı siyasətçi, Rusiya Əfqanıstan Veteranları İttifaqının rəhbəri Frank Klintseviç Azərbaycanın ünvanına hədələyici sözlər deyib.
Newscenter.az xəbər verir ki, Federasiya Şurasının və Dövlət Dumasının keçmiş üzvü eks-səfir İsfəndiyar Vahabzadənin Rusiyanın ünvanına işlətdiyi sözlərə görə rəsmi Bakıdan cavab tələb edib.
“Fikrimcə, bu insan xüsusi xidmət orqanları ilə əlaqəlidir. O, riskə gedib. Çünki onun açıqlaması nə İlham Əliyevə, nə də Azərbaycan xalqına lazım deyil. Eyni vaxtda, keçmiş Əfqanıstan döyüşçüsü kimi “işğalçılıq borcu” sözünü eşitməkdən hiddətlənmişəm”.
Klintseviç Azərbaycana açıq təhdidlər səsləndirməkdən də çəkinməyib.
“Rusiyanın vəziyyətə təsir etmək üçün kifayət qədər rıçaqı var. Rusiyada işləyən azərbaycanlılar ölkələrinin yarısını salxayır. Bu kimi ifadələr rəsmi şəxslər tərəfindən də səslənərsə, dərhal vəziyyəti qaydasına qoyacağıq. Belə olan halda Bakını ağır söhbət gözləyir və bunun nəticələrini onlar təsəvvür belə edə bilməzlər. Amma yaxşı ki, Rusiyadakı azərbaycanlı elitanın əksəriyyəti Rusiya pasportu daşıyır və bu pasportun qədrini bilir”, -deyə Klintseviç söyləyib.
Xatırladaq ki, Frank Klintseviç hazırda iqtidarda olan “Vahid Rusiya” partiyasının Ali Şurasının üzvüdür. O 2020-ci ilin sentyabrında Federasiya Şurasının senatoru vəzifəsindən azad olunub. Modern.az