Türkiyədə zəlzələ olub
Tarix: 13-08-2021, 07:33
Newscenter.az.13.08.2021. Türkiyənin Muğla şəhərində 4 bal gücündə zəlzələ olub.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də Datça rayonunda qeydə alınıb. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.