Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şəki Şəhər qarışıq tipli Uşaq Evi”ndən ŞOK GÖRÜNTÜLƏR-FOTOLAR



Newscenter.az.14.08.2021. Sosial səbəkələrdə Şəki şəhər qarışıq tipli uşaq evindən yayılan görüntülər hər kəsi şoka salıb.

AzTimes.az xəbər verir ki, bu mövzuda “Heydər Əliyev” səhifəsi paylaşım edib:

“Bura Şəki şəhər qarışıq tipli uşaq evidir. Uşaq evinin binası Heydər Əliyev fondu tərəfindən tikilib istifadəyə verilib. Binada uşaqlar üçün hər cür şərait olmağına baxmayaraq uşaqlara bu şəraitdən istifadə etmək imkanı verilmir. Uşaqların rejimi duzgün qurulmur. Günorta yuxusunu uşaqlar qızlar və oğlanlar ayrıca öz yataq otaqlarında çarpayıda yatmalıdırlar, lakin şəkillərdən gördüyünüz kimi uşaqlar quru döşəmədə yatdırılır. Dövlətin verdiyi ərzaq uşaqlara çatdırılmır. Uşaq evinin direktoru İlhamə Məmmədova dövləti aldadır, vəzifəsindən sui istifadə edir, cibini doldurmaqla məşğuldur. Və etdiyi qeyri qanuni hərəkətlərə “ Mən bura dolanmağa gəlmişəm” sözləriylə bəraət qazandırır. Xahiş edirəm lazımi qurumlar bu uşaq evinə nəzarət etsin və lazımi tədbirlər görsün. Uşaqları bit basıb. Uşaqların özündən soruşulsun yaşadıqları şərait haqqında. Xahiş edirəm bu özbaşnalığa imkan verməyək. Çalışaq valideyn qayğısından məhrum uşaqlara yardım edək, onlara dəstək olaq. Mehriban Xanım Əliyevaya çatdıraq bu haqqsızlığı.”

Xəbəri paylaş