Daha 2993 nəfər koronavirusa yoluxub
Tarix: 15-08-2021, 19:11
Newscenter.az.15.08.2021. Son gün ərzində Azərbaycanda koronavirusa yeni 2 993 yoluxma qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edilir ki, daha 15 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.
Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.