Newscenter.az.15.08.2021. Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib.
Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz isə avqustun 14-ü saat 19:08-dən 19:17-dək qarşı tərəfin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqeləri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.