Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə yaranmış sabitlik, əmin-amanlıq Prezident İlham Əliyevin çoxşaxəli quruculuq işlərinin gerçək praktik nəticəsidir



Newscenter.az.15.08.2021. "Təkzibolunmaz həqiqətdir ki, ölkəmizdə yaranmış sabitlik, əmin-amanlıq və işgüzar şərait Prezident İlham Əliyevin çoxşaxəli quruculuq işlərinin gerçək praktik nəticəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. Onun sözlərinə görə, Cənab Prezidentin rəhbərliyi ilə siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə həyata keçirilən proqramlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib:

"Məhz buna görədir ki, İlham Əliyev-xalq vəhdəti həyatın özündən doğan canlı və təbii bir anlayış statusu qazanıb, Prezidentimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə icra olunan çoxsaylı proqramlar xalqın rəyi, dəstəyi və iştirakı ilə uğurla yekunlaşıb, dövlətimiz güclənib, inkişafımız artan templi dinamik prosesə çevrilib".

NEWSCENTER.AZ
Xəbəri paylaş