Qəbələdə dağlıq ərazidə yanğın başlayıb-VIDEO
Tarix: 15-08-2021, 18:06
Newscenter.az.15.08.2021. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Newscenter.az FHN-ə istinadən xəbər verir.
Məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.