Newscenter.az.15.08.2021. Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"RİA Novosti" agentliyi isə silahlıların paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb.