Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taliban necə yaranıb?-TARİX



Newscenter.az.15.08.2021. Taliban hərəkatı 30 nəfər tələbənin Məhəmməd Şeyx Ömərin ətrafında birləşməsindən yaranıb. Təşkilatı Pakistan xüsusi xidmət orqanı olan İSİ yaradıb və ilk silahların da onlar veriblər. Taliban gücləndikcə orda seçilən gənclər Qərb ölkələrində təhsil almağa göndərilib. Qərb ali məktəblərində təhsil almış insanlar təbəqəsi formalaşıb və buna görə bu qrupun iqtisadiyyatı, xarici siyasəti və s. idarəetmə vasitələri hamısı peşəkar şəxslərdən ibarətdir..

Talibanın ikinci əsas gücü Qərb hərbçilərinin hazırladığı peşəkar səhra komandirləridir. Onlar sıravi əsgərlərə xüsusi təlimlər keçirlər.
Əslində Talibana bu geniş şəraitin yaradılması nə Rusiya nə də digər dövlətlərə qarşıdır..

Niyə məhz indi Taliban gündəmə gəldi?

Azərbaycanın 44 günlük zəfər qələbəsindən sonra Türkiyə və Azərbaycanın şərqə doğru təsirinin güclənməsi Amerika ilə yanaşı Rusiyanı da qorxuya salıb...Zəngəzur dəhlizi məsələsi, Türkiyəyə birbaşa Azərbaycandan şərqdən gələn nəqliyyat xətlərinin keçməsi, Şərq ölkələrinin Avropaya çıxması üçün ən asan və əlverişli yoldan istifadə etmək qərarına gəlməsi böyük dövlətləri narahat edir..

Sadə məntiqə baxın: Amerika və Rusiya və digər Qərb dövlətləri Əfqanıstanda baş verənlərə sakit reaksiyaları və Talibanın ilk açıqlamasında

Türkiyənin hədəfə alması nəyi göstərir?

Şəxsən hesab edirəm Taliban məsələsi maksimum 2 il gündəmdə olacaq.. 2023 Türkiyəsinin qarşısını ala bilməyəcək Qərb...
Azərbaycana şəxsən Talibanın qorxusu yoxdur. Taliban üçün Azərbaycanla əməkdaşlıq özlərinin xeyrinədir.. Cəmi bir dəfə Taliban Azərbaycana mane törədib. O da Əfqanıstanda qəzaya uğrayan "Silk way" aviaşirkətinin "İl-76" təyyarəsinin qalıqları və heyət üzvlərinin meyitlərinin axtarışı zamanı. Sonradan isə Taliban geri çəkilib..

Taliban üçün Azərbaycan çox lazımdır.. əks təqdirdə itirən özləri olacaq.

Zaur Əliyev-dosent
Xəbəri paylaş