Newscenter.az.15.08.2021. İllərdi Əfqanıstanda mübarizə aparan Taliban hakimiyyəti ələ keçirməyi bacardı. Amerikanın qüvvələrini geri çəkməsi bu prosesi daha da intensivləşdirdi.
Yeni hakimiyyət nə cür siyasət yeridəcək
Əfqanıstan bundan sonra teokratik dövlət idarəçilik formatında fəaliyyət göstərəcək. Daxili siyasət də bu formata uyğun olacaq(hicab, evlilik, oğruluq-zina cəzaları və s.).
Xarici siyasətdə isə Əfqanıstanda maraqlı olan qüvvələr Talibanla uzlaşmağa məcburdur. Yeni hakimiyyəti ehtimal edirəm ki, Çin, Böyük Britaniya, Pakistan, Səudiyyə Ərəbistanı tanıyacaq. Türkiyənin də yanlış addım atacağını zənn etmirəm. Paytaxt Kabildəki hava limanının mühafizəsini öz üzərinə götürmək istəyirdi. Ancaq Taliban buna etiraz eləmişdi. Bu hadisə xaric digər yönümdə Taliban Türkiyə ilə münasibətləri korlamamışdı. Rusiya isə bu prosesdə Amerikanı günahlandıracaq. Zənn etmirəm ki, nə Rusiya, nə də ABŞ yenə Talibanla mübarizə aparmaq istəsin.
Ölkədə hələ də digər dövlətlərin qüvvələri var. Taliban hakimiyyəti bütün xarici qüvvələrin ölkədən çıxmasını təmin etməyə çalışacaq.
Hər bir dövlət qonşuluq siyasətində yumşaq mövqe tutmağı üstün tutur. Yeni hakimiyyət də bu yolu davam etdirəcək. Yəni yeni hakimiyyət bir müddət bölgədə sabitliyin qorunmasına çalışacaq.
Elman Vəliyev-siyasi şərhçi