Newscenter.az.15.08.2021. "Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb. Bildiririk ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub".
Bu barədə Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.
"Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - deyə nazirlikdən əlavə edilib.