Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

341 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb



Newscenter.az.16.08.2021. Avqust 14-15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 341 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xəbəri paylaş