Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda təhlükəsizlik tədbiri keçirilib



Newscenter.az.16.08.2021. Tədbirlər planının tələbinə uyğun Şabran rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən nəqliyyat hadisələrinin qarşısının alınması xüsusilə piyadaların avtomobillərlə vurulması, yarana biləcək süni sıxlığın qarşısının alınması üçün proflaktiki tədbirlərin görülməsi, yol hərəkət qaydalarını kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Newscenter.az-a verilən məlumata görə Şabran rayon Dövlət Yol Polisi əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirib. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Eyni zamanda onlarla marifləndirici söhbətlər aparılıb.

Piyadalara qarşı diqqət göstərilməsi, piyada zolaqlarına piyadlarla bağlı xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Həmçinin piyadalar tərəfindən yol hərəkət qaydalarının kobud şəkildə pozulması qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verən piyadalar barəsində tənbeh tədbirləri tətbiq edilib.

Mehman
Xəbəri paylaş