Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb



Newscenter.az.16.08.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 420 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 339 təşkil edir.
Xəbəri paylaş