Newscenter.az.16.08.2021. Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Newscenter.az-ın Baş Prokurorluğa istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölürbş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mehman