Türkiyədə sel nəticəsində həyatını itirənlərin sayı 70-ə çatıb
Tarix: 16-08-2021, 10:06
Newscenter.az.16.08.2021. Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 70-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 70 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.