Newscenter.az.17.08.2021. Hər bir dövlətin uğur və nailiyyətlərinin önündə insan amili dayanır. Eyni zamanda, hər bir insanın həyat yolunu, cəmiyyətdəki mövqeyini onun vətəninə və dövlətinə xidmət səviyyəsi müəyyənləşdirir. Ancaq dövlətin cəza icra siyasətini tənzimləyən, cəzaçəkmə müəssisələrində qayda və rejimə nəzarət edən elə insanlar var ki, onların xidməti və davranışı millət və dövlət üçün xüsusi əhəmiyyət kəsb edir.
Həyatını cəzaçəkən məhkumların təhlükəsizliyinə həsr edənlər sırasında Penitensiar xidmətin adı o qədər ucadır ki, cəmiyyətdə məhkum edilmiş və həbsdə saxlanılan şəxslərin yaxın və doğmaları ona arxalanır. Sadəcə olaraq, bəzilərinin bunu təsdiq etməyə ədaləti, ola bilsin ki, cəsarəti çatmır. Hər şeyi qoyaq bir kənara, Penitensiar xidmət elə fəaliyyət sahəsidir ki, fasiləsiz işləyir. Həftə ərzində 7 gün, gün ərzində 24 saat cəza çəkən məhkumların və həbsdə saxlanılan şəxslərin təhlükəsizliyi, sağlamlığı, islah edilməsi üçün bu arxayınçılıq xidmət əməkdaşlarının fədakar xidməti ilə yaradılır. Penitensiar xidmətində qulluq edən əməkdaşlarının peşəsinin ağırlığı ondan ibarətdir ki, o bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Bu dəyərləri neçə illərdir ki, Azərbaycan Ədliyyəsinin fəaliyyət prinsipinə çevirib.
İndi Azərbaycan cəmiyyətində hər kəs məhkum edilmiş şəxslərin təhlükəsizliyinə arxayındır. Bu arxayınçılıq ildən-ilə möhkəmlənir. Penitensiar xidmətin fəaliyyətinin əsas prinsipləri qanunçuluğa, insan hüquq və azadlıqlarına hörmətə, cinayətkarlıqla mübarizə və cəza icra siyasətinin təmin edilməsinə kökləndiyindən, vətəndaş Azərbaycan Ədliyyəsinə bu gün daha çox inanır. Hər bir insanın "tərcümeyi-hal"ında kifayət qədər çətin anlar olur. Bu təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi öhdəlik yaradır. Çətinliklər insana təkcə ağrı-acı yox, həm də kamillik, müdriklik verir. Həmin o müdriklik insanın əlindən yapışır ki, insan yolunu inamla getsin çətinliklərə üstün gəlməyi bacarsın. Ancaq, deyəsən, elə Penitensiar xidmətin əməkdaşlarının həyatında çətin anlar o qədər çox olur ki, bəzən bunu səhhəti bahasına ödəyir.
Hər bir Ədliyyə əməkdaşı tam şəkildə dərk edir ki, Vətən sevgisi sözlə deyil, əməllə sübut olunur və bunun üçün yüksək hazırlıq, peşəkarlıq, qabiliyyət tələb olunur. Gecə-gündüz cəza icra siyasətini həyata kecirən xidmət əməkdaşları hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazır olurlar. Bu zaman peşəkarlıqla mənəvi-psixoloji hazırlıq vəhdətdə olmuşdur. Ona görə də Azərbaycan Ədliyyə işcisinin adı ucadır. Ulu öndər Heydər Əliyev Azərbaycan Ədliyyəsinin şəxsi heyətinə müracətində aydın göstərərək vurğulayırdı ki, Penitensiar xidmət əməkdaşının peşəsi ağır peşədir. O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Bəzən adi bir hadisə də güclü rezonans doğura bilir, cəmiyyəti düşündürür, münasibət bildirməyə sövq edir. Amma bəziləri ya hissə qapılır, ya da yalan sözə inanır və ətrafında, öz həyatında Penitensiar xidmət əməkdaşının xidmətinin əhəmiyyətini görə bilmir, olsun ki, görmək istəmir. Əslində Ədliyyə zabitinin hər bir uğuru, peşəkarlığı bu cür düşünənlərə verilən ən yaxşı cavabdır. Çıxışlarının birində Prezident İlham Əliyev Azərbaycan Ədliyyəsinin çox böyük və şərəfli yolu var - deyə vurğulayaraq qeyd edir ki, bu yol Azərbaycan dövlətçiliyinin yoludur.
Əli İbrahimov-hüquqşünas