Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat vətəndaşların problemlerini həll edib.

Deputat vətəndaşların problemlerini həll edib.


Newscenter.az.18.08.2021. Millət vəkili Könül Nurullayevanın Nizami rayonu sakinləri ilə keçirdiyi səyyar görüşlər zamanı vətəndaşlar tərəfindən ən çox səsləndirilən mövzulardan biri yaşayış binalarının həyətində yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi məsələsi olmuşdur.

Qeyd edək ki, Əzim Əzimzadə küçəsi 10, Rüstəm Rüstəmov küçəsi 47, 66, 68, 70 və Qara Qarayev prospekti 44, 62, 66, 68 saylı binaların sakinlərini narahat edən bu problem deputat Könül Nurullayeva tərəfindən qeydiyyata götürülmüş və aradan qaldırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmışdır. Nəticədə, vətəndaşların səyyar qəbul zamanı bildirdiyi bu məsələ operativ şəkildə nəzarətə götürülərək, qısa zaman kəsiyində həll edilmişdir.

Millət vəkili Könül Nurullayeva Newscenter.az-a bildirib ki, istər səyyar görüşlər zamanı, istərsə də Deputat Qərargahında keçirilən birbaşa qəbullar zamanı seçiciləri tərəfindən səsləndirilən məsələlərin həlli istiqamətində addımlar atmaq onun üçün daim prioritet məsələlərdən biri olmuşdur. Deputat həmçinin vətəndaşlara səslənərək söyləyib ki, bundan sonra da seçicilərini narahat edən məsələləri aradan qaldırmaq və müraciətlərini qeydiyyata götürərək aidiyyəti üzrə müvafiq qurumlara yönləndirmək sahəsində öz fəaliyyətini qətiyyətlə davam etdirəcək.

Ruhiyyə
Xəbəri paylaş