Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev tərəfindən Kəlbəcər və Laçında həm region, həm də dünya dövlətlərinə verilən mesajlar olduqca vacib əhəmiyyətə malikdir

İlham Əliyev tərəfindən Kəlbəcər və Laçında həm region, həm də dünya dövlətlərinə verilən mesajlar olduqca vacib əhəmiyyətə malikdir


Newscenter.az.18.08.2021. Ölkə başçısı İlham Əliyevin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri, bu səfər çərçivəsində post-müharibə dövründə münaqişənin nizamlanması ilə bağlı həm region, həm də dünya dövlətlərinə verilən mesajlar olduqca vacib əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının prezidenti olaraq İlham Əliyevin Ermənistanın tərkibinə verilmiş ərazilərin qədim Azərbaycan torpaqlarının öz əsil adı ilə çağrılmasının vacibliyini vurğulaması həm ermənilərə, həm də ona hamilik edib dəstək verən qüvvələrə və dövlətlərə açıq mesaj olduğu şübhəsizdir.

Dövlət başçısının II Qarabağ savaşı zamanı ermənilər tərəfindən Kəlbəcər və Laçında dağıdılmış bəzi obyektlərin yenidən təmiri və tikintisindən sonra, xüsusilə də İES və SES-lərin açılışında iştirak etməsi Azərbaycanın ən yüksək səviyyədə öz ərazi bütövlüyünün təmin olunmasında maraqlı olduğunu və dövlət başçısı üçün bu məsələnin prioritet olduğunu göstərir.

Şübhəsiz ki, nə Ermənistan tərəfi nə də ona dəstək verən qüvvələr və dövlətlər Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini rahatlıqla qəbul etmək istəmir və ona görə də bütün mümkün imkanlardan istifadə edərək regionda stabilliyin pozulmasına çalışırlar. Elə buna görədir ki, nə Ermənistan tərəfi, nə də münaqişənin nizamlanmasında özünü vasitəçi kimi göstərməyə çalışan Rusiya 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinə əməl etmir, hətta demək olar ki, əməl etmək niyyətində də görünmürlər.

Ermənistanın davamlı şəkildə və müntəzəm olaraq həm Ermənistan-Azərbaycan dövlət sərhəddində, həm də rus "sülhməramlıları"nın nəzarətində olan Qarabağda atəşkəsi pozmasının arxasında kimlərin nələrin dayandığını deməyə imkan verir.

Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistan Müdafiə Naziri Arşak Karapetyanla görüşü zamanı Ermənistana silah tədarükünün başladığını deməsi və Rusiya XİN başçısı Sergey Lavrovun beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasına Azərbaycanın suveren əraziləri olan Qarabağla bağlı çağrış etməsi Ermənistanın haradan belə "cəsarət" aldığını göstərir.
Görünən odur ki, öz missiyasını sülhməramlı qoysa da, atdığı addımlarda bunun tam əksini edən Rusiya təəssüflə demək lazımdır ki, içindəki bəzi erməni meyilli dairələrin maraqlarından çıxış edir. Əlbəttə ki, bu cür addımlar tərəflər arasında əlaqələrə ciddi ziyan vurur. Təsadüfi deyil ki, Azərbaycan prezidenti cənab İlham Əliyev CNN Türk-ə müzahibəsi zamanı Azərbaycan və Rusiyanı qonşu, Ermənistan və Rusiyanı strateji müttəfiq adlandırmışdır.

Hesab edirəm ki, Kremildə də yaxşı başa düşürlər ki, bütün cəhdlərə baxmayaraq Azərbaycan-Tükiyə əlaqələrinə hansısa formada xələl gətirmək mümkün deyil və Ermənistanın nəzarətdən kənar qalması mövcud Paşinyan hökumətinin və bütövlükdə erməni cəmiyyətinin Rusiyanı Qərblə əvəzləməsinə səbəb ola bilər. Hətta gözləniləndir ki, Ermənistan KTMT-dən də çıxmaq istəsin. Ona görə də bütün mümkün variantlardan istifadə edərək Ermənistanı əldə saxlamağa çalışırlar. Ölkə başçısı İlham Əliyevin də Kəlbəcə və Laçın səfərinin detallarında bu məsələni görmək mümkündür.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş