Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Latviya poçt sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib



Newscenter.az.19.08.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktoru Əfqan Cəlilovla Latviya Poçtunun rəhbəri Markis Vilkans arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, görüş zamanı “Azərpoçt” MMC-də həyata keçirilən yeni layihələr, poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycanla Latviya arasında poçt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Markins Vilkans “Azərpoçt” MMC-də həyata keçirilən innovativ layihələrin böyük əhəmiyyət daşıdığını və qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib.

Tərəflər poçt-maliyyə sahəsində əməkdaşlığı genişləndirməkdə, poçt sahəsində logistika xidmətlərinin inkişaf etdirilməsi və elektron ticarət
layihələri çərçivəsində poçt mübadiləsinin artırılmasında maraqlı olduqlarını qeyd ediblər. Pandemiya dövründə də hər iki ölkə arasında poçt
göndərişlərinin həyata keçirildiyi vurğulanıb. “Azərpoçt” MMC və Latviya Poçtu rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xəbəri paylaş