Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatın gənc oğlunun milyonluq obyekti



Newscenter.az.19.08.2021. Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi deputat Cavanşir Feyziyevin oğluna məxsus obyekti icarəyə götürüb.

Məsələ bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakupost.az – ın sorğusuna cavabında bəzi maraqlı faktlar ortaya çıxıb. Əvvəla agentlik təsdiqləyib ki, obyektin sahibi Orxan Feyizyevdir.

1 illik icarə haqqı 1 milyon 176 min manat olan obyektin ərazisi 4,3 hektardır. Obyektin yerləşdiyi ərazi isə ümumilikdə 12 553,3 kv. km-dir.

Dövlət qurumunun verdiyi məlumata görə, oradan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyac üçün istifadə olunur.

Qeyd olunur ki, obyekt ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.
Xəbəri paylaş