Newscenter.az.19.08.2021. Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə KOB dostları və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının təmsilçiləri, biznes nümayəndələri iştirak edib.
Newscenter.az xəbər verir ki, onlayn formatda təşkil olunan görüş zamanı Sahibkarlığın İnkişafı Fondunun təklif etdiyi güzəştli kreditlər, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyi və subsidiyaların verilməsi barədə ətraflı məlumat verilib, sahibkarların güzəştli maliyyə vəsaitlərinə çıxışı zamanı qarşılaşdığı məsələlələr müzakirə edilib, sahibkarların sualları cavablandırılıb.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sahibkarlarla görüşlər növbəti aylarda da davam etdiriləcək.
Sevinc