Newscenter.az.19.08.2021. Yunanıstanda nəşr edilən məşhur Karfitsa qəzetinin karfitsa.gr veb saytında Azərbaycanın incisi sayılan Şuşa barədə məqalə dərc edilib.
Newscenter.az xəbər verir ki, məqalənin müəllifi «QALA» Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdur. Cəmiyyət sədri məqalədə bir müddət əvvəl diaspor təşkilatları rəhbərlərinin Şuşaya səfərindən bəhs edib.
Yazıda qeyd edilib ki, Şuşa Azərbaycanın 44 günlük Vətən müharibəsində azad edilmiş şəhərlərindən biridir və Qarabağım musiqi beşiyidir. Rəşid Məmmədov məqalədə həmçinin Şuşanın məşhur məkanları, Cıdır düzü, Gövhər Ağa məscidi, İsa bulağından bəhs edir. O, eyni zamanda Şuşanın turizmin inkişafı baxımından əlverişli bir məkan olduğunu yunanlı oxucuların diqqətinə çatdırır və hazırda Şuşada geniş miqyaslı quruculuq-abadlıq işlərinin aparıldığını yazır.
NEWSCENTER.AZ