Newscenter.az.20.08.2021. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Arbitraj Mərkəzinin Qəyyumlar Şurasına üzv seçilib. Newscenter.az xəbər verir ki, ASK prezidenti M.Musayev həmçinin İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının da üzvüdür.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Arbitraj Mərkəzinin nizamnaməsi İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının 35-ci Baş Assambleyası zamanı təsdiq edilib. Mərkəzin Qəyyumlar Şurası yeddi üzvdən ibarətdir. Arbitraj Mərkəzinin katibliyi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşir.
Mərkəzin əsas məqsədi, İslam Əməkdaşlıq Təşkilatına üzv və qeyri üzv dövlətlərdə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər arasında ticarət və investisiya sahəsində yarana biləcək beynəlxalq mübahisələrin həllini asanlaşdırmaqla özəl sektorun inkişafını stimullaşdırmaq və inkişafına dəstək verməkdən ibarətdir.
Sevinc