Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərimizə həyat qayıdır



Newscenter.az.20.08.2021. Hər günü Azərbaycan xalqının tarixinə böyük qəhrəmanlıq salnaməsi kimi düşən 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatdıqdan dərhal sonra dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işlərinin xüsusi vüsətlə getməsi, məhz quruculuq işlərinin, yenilməzlik ruhumuzu təsdiq edən böyük qayıdış planına start verib.

İşğal edilmiş ərazilərə ilk səfər zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva Füzuli - Şuşa avtomobil yolunun təməlini qoydular. Bununla da azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi.

Möhtərəm Prezidentimiz də çıxışlarının birində bu məqamı diqqətə çatdırıb: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilib. Lakin dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət proqramlarını uğurla həyata keçirir.

Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir.

Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran əsas vəzifələrdən biridir.

Dövlət başçısı Daşkəsənə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə vurğulayıb ki, biz siyasi leksikona "Zəngəzur dəhlizi" sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi". Həmçini dövlət başçısı qeyd edib ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.

Bu gün xalqımız bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir, Prezidentinə, dövlətinə, ordusuna güvənir. Müzəffər Ali Baş Komandanın ətrafında gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, o cümlədən müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yumruq kimi birləşib. Özünü müstəqil dövlət kimi təsdiq edən güclü Azərbaycanın vətəndaşları olmaqdan qürur hissi keçirən bugünkü gənc nəsil də quruculuq və bərpa işlərinə böyük töhfələr vermək iqtidarındadır.

Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, bərpa və quruculuq işlərindəki əsas yükü və vəzifəni də gənc nəsil layiqincə yerinə yetirəcək.

Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər o cümlədən Kəlbəcər də Laçın da dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Qarabağ dünyanın Cənnət məkanına çevriləcək.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş