Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda sərt qapanma yeganə çıxış yoludur

Azərbaycanda sərt qapanma yeganə çıxış yoludur


Newscenter.az.20.08.2021. "Təəssüflər olsun ki, bugün Azərbaycanda sərt qapanma (mərhələli və ya birbaşa) yeganə çıxış yoludur ki, insanlar ölməkdən qorunsunlar. Amma sərt qapanmaya getməmək üçün də elmi əsaslı plan və strategiya mövcud idi, bu haqqda geniş yazmışdım və ciddi xəbərdarlıq etmişdim, əməl olunmadı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev səsləndirib. O deyib ki, delta variantı ilə bağlı Azərbaycan üçün xəbərdarlığımda peyvəndlər haqqında xüsusi olaraq "effektiv" ifadəsini istifadə etmişəm və bu cür effektiv peyvənd Azərbaycan üçün Çindən olan peyvənd deyil:

"Ümumiyyətlə isə peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər: Təhlükəsiz, az effektli peyvənd, yoxsa müəyyən qədər yan təsirləri ola biləcək yüksək effektli peyvənd. Azərbaycanda elmi statistika yox səviyyəsindədir. Bu da insanlar arasında sistemə və xəstəliyə qarşı inamı 0-a endirir".

Azərbaycanlı alim qeyd edib ki, İngiltərədə peyvəndlər bugün 7,2 milyon əhalinin virusa yoluxmasının və 27 000 ölüm halının qarşısını alıb. Bu Azərbaycanda neçədir? Bunu jurnalistlər bugün brifinqdə soruşa bilərlər:

"Payızda gözlənilən və lazımı tədbirlər görülmədiyinə görə artıq Azərbaycanda indidən başlayan dalğa bugünə qədər pandemiya dönəmində gördüklərinizdən daha pis olacaq. Uşaqlarınızı qorumalısınız. Təəssüf ki, məktəblər online olmalıdır. Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur".

Mehman
Xəbəri paylaş