Newscenter.az.20.08.2021. Xəbər verdiyimiz kimi, bu gün Operativ Qərargahın brifinqi keçirilib.
Newscenter.az xəbər verir ki, brifinqdə aşağıdakı qaydaların qəbul edildiyi açıqlanıb:
1. Sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
2. COVİD pasportu olamayan vətəndaş həmin məkanlara buraxılacaqsa, bu zaman obyekt sahiblərinin obyektinin fəaliyyəti dayandırılacaq və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzalar veriləcək.
3. COVID-19 pasportunun yoxlanılması üçün "ASAN İcazə" mobil tətbiqi hazırlanıb.
4. Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmalıdır. Pasportu olmayan tələbə təhsil müəssisəinə daxil olarsa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq.
5. Tibbi maskadan istifadə etməyənlər avtobuslara buraxılmayacaq. Həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır.