Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Baş Zəyzid və Orta Zəyzid kəndlərinin sakinləri ilə görüşüb



Newscenter.az.21.08.2021. Deputat Cavanşir Feyziyev seçicilərlə görüşlərini davam etdirir.

Deputat köməkçisi Günel İsmayılova Newscenter.az-a bildirib ki, növbəti görüşlər Baş Zəyzid və Orta Zəyzid kəndlərində keçirilib. Kənd sakinləri ilk növbədə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə ölkə başçısı Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər və hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini dəstəklədiklərini ifadə ediblər.

Kənd sakinləri ilə görüşdə deputat kəndlərdə peyvəndləmə kampaniyası ilə maraqlanıb, Covid-19 virusuna qarşı dövlətin apardığı siyasətin ardıcıllığından və uğurundan danışıb. Deputat bütün sakinləri Operativ Qərargah tərəfindən qoyulan qaydalara ciddi riayət etməyə və hamılıqla peyvənd vurdurmağa çağırıb. Kənd sakinləri onları narahat edən məsələləri də deputatla müzakirə ediblər. 90-cı illərdə aparılmış torpaq islahatı nəticəsində dövlət tərəfindən əvəzsiz olaraq sakinlərə verilmiş pay torpaqlarını əkib-becərməklərinə baxmayaraq hələ də sənədləşdirə bilmədiklərini diqqətə çatdırıblar.

Deputat C. Feyziyev seçicilərin suallarını cavablandırıb, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və mövcud problemlərin müvafiq icra orqanları ilə müzakirə edilməsi qərara alınıb. Görüşlərdə kənd sakinləri ilə yanaşı hər iki kəndin bələdiyyə rəhbərləri, kənd icra nümayəndələri də iştirak ediblər.

Sevinc

Xəbəri paylaş