Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə Prezidenti hər bir azərbaycanlının Prezidenti olduğunu atdığı addımlarla, həyata keçirdiyi işlərlə sübut edir



Newscenter.az.21.08.2021. Bu gün Azərbaycanda görülən işlərin, həyata keçirilən layihələrin mərkəzində dayanan əsas amillərdən biri, bəlkə də birincisi Azərbaycan vətəndaşıdır. Ölkə Prezidenti cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu atdığı addımlarla, həyata keçirdiyi işlərlə sübut edir. 44 günlük vətən müharibəsi və müharibədən sonrakı dövrdə işğaldan azad olunan ərazilərimizlə yanaşı digər regionlarda da həyata keçirilən quruculuq-abadlıq işləri vətəndaşların sosial-rifah halının yüksəlməsinə xidmət edir. Azərbaycanda olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi sözün əmələ keçməsini, söz-əməl birliyini şərtləndirir.

Görülən işlərin fonunda bir məsələyə diqqət yetirmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda hər dəfə iştirakı zamanı dünyanın aparıcı, texnoloji baxımdan lider olan şirkətlərin rəhbərləri ilə görüşmüşlər keçirmişdir. Bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Signify (keçmiş Philips Lighting) şirkətinin baş direktoru Eric Rondolat ilə keçirdiyi görüş və görüş zamanı Azərbaycanda birgə layihələrlə bağlı aparılan müzakirələr artıq öz müsbət nəticələrini artıq verməkdədir. Məlumat üçün deyim ki, Signify (keçmiş Philips Lighting) şirkəti işıqlandırma sahəsində yeni texnologiyaların tətbiqi ilə dünya liderlərində biridir. Şirkət ölkəmizdə bir sıra layihələr həyata keçirir. Bu layihələr ilkin mərhələdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Şamaxı şəhərlərini əhatə edirdi. Bu layihələrdə tətbiq olunan yeni texnologiyalar sayəsində 50% enerji qənaəti təmin edilib və gələcəkdə qənaət 75-80 faizə çatdırılacaq. Ölkə başçısının təşəbbüsü ilə növbəti etapda şirkətlə həyata keçirilən layihələr Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərini əhatə edəcəkdir.

Layihə çərçivəsində artıq Şirvan şəhərində də Şirvan şəhər İcra Hakimiyyəti ilə bağlanmış müvafiq müqavilə çərçivəsində küçə və prospektlərin işıqlandırılması işlərinə başlanılıb. Belə ki, küçələrin, çoxmənzilli yaşayış binalarının qarşısındakı məhəllələrin və məhəllədaxili yollarının işıqlandırılması, küçə və prospeklərin mövcud işıqlandırma sisteminin əsaslı təmiri şəhərimizin nura boyanmasında mühüm rol oynayacaqdır.
Bu gün uğurla həyata keçirilən layihələrin fonunda Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı və bu proqramdan irəli gələrək Şirvan şəhərinin abadlaşdırılması, şirvanlıların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla bağlı şəxsən öz adımdan və şirvanlılar adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bildirmək istəyirəm ki, biz şirvanlılar Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləyirik.

İltizam Yusifov-Milli Məclisin deputatı
Xəbəri paylaş