Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə baş verənlərin iki müəllifi var



Newscenter.az.21.08.2021. "Ölkədə baş verənlərin iki müəllifi var - zaman və ölkə Prezidentimiz cənab İlham Əliyevdir. Ali Baş Komandanımız tərəfindən başlayan struktur və kadr islahatları da bu iki gücün iradəsinə tabedir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, hadisələrin məhz zamanın hökmü ilə baş verdiyini anında anlayan insanlar çoxdur:

"Lakin elələri də var ki, “taxtabaşdır”, heç nəyi hesaba almır, amma elə ki, əlinə fürsət düşdü, deyir «burda mənəm, Bağdadda kor xəlifə»... Bir növ məmləkətimizdə uzun illər dövlət kürsüsünü ələ keçirib, rüşvət və korrupsiya bataqlığına salıb, ömrünü parazit həyat tərzilə başa vurmağa vərdiş edən bəzi məmurlar kimi. Unutduqları bir şey var - zamanın hər şeyi dəyişmək gücün... Uzun zaman pisliklərlə doldurduqları o iyrənc kürsünü qorumağın yeganə qarantını oğurluq yollarla topladıqları çirkli paralarda görən bu “tazılar” əsla düşünməzlər həlledici gücə qadir zamanın bir gün gələcəyini".

Mehman
Xəbəri paylaş