Newscenter.az.21.08.2021. .Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küç ev 18, mən 35-də yaşayan Rzayeva Fəridə Meyli qızına qarşı onun doğma qardaşı Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluq edilib.
Bu barədə Newscenter.az-a müraciət edən zərərçəkən qeyd edir ki, yoldaşı Rzayev İltifat Qüdret oğlu 2012-ci ildə vəfat edib 2013-ci ildə qardaşı onun həyat yoldaşından qalan mənzili onun adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirib və öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizəsinə Fəridə Rzayevanı aldadaraq imza atdırıb:
"Övladlarımın adından öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizələrinə saxta imzalar göstərməklə 45 saylı notariat kontorunun reisi Tofiq Şükürov ilə əlbir olub həmin təsdiqlədib. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz adıma gizli yolla, saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayıb və məndən gizlədir Özəlləşmə ərizələrini bir kənara qoyaraq çirkin niyyətinə nail olub Mənim adıma aldığı Sərəmcamda yeni şəxsi Maliyyə hesabı açdırıb Mənzilimi dövlətə satıb və yaxud girov qoyub".
Zərərçəkən bildirib ki, bu məsələ ciddi araşdırılmalıdır: "13.01.2018-ci ildə mənzilimi satarkən bu məsələnin üstü açılıb. Müvafiq olaraq bütün qurumlara müraciət etmişəm, saxta icarə kirayə müqaviləsi ərizələrini təqdim etmişəm. Hələ də bu günə qədər saxta ərizələri ekspertizaya göndərməyiblər. Cinayət ört basdır edilir. Dəfələrlə Məhkəmə -Hüquq Şurasına şikayət etmişəm, heç bir köməklik yoxdur".
Zərərçəkən daxili işlər naziri Vilayət Eyvazova, ədliyə naziri Fikrət Məmmədova, baş prokuror Kamran Əliyeve, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək baş vrmiş qanunsuzluğu və dələduzluğu aradan qaldırmaq üçün onlardan kömək istəyir.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
NEWSCENTER.AZ