Qəbələdə 26 yaşlı gənc intihar edib
Tarix: 21-08-2021, 13:32
Newscenter.az.21.08.2021. Qəbələ rayonunda intihar hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əmircan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Elbrus Osman oğlu İbrahimov yaşadığı evin önündə intihar edib. 26 yaşlı E. İbrahimovun epilepsiya xəstəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












































