Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan rəsmiləri “Krım platformasında” iştirak etməməklə Kremli əsəbiləşdirməməyə qərar veriblər



Newscenter.az.22.08.2021. Azərbaycan avqustun 23-də Kiyevdə işə başlayacaq “Krım platfoması”nda iştirak etməyəcək. Kreml “Krım plaformasının” qatı əleydarı kimi orada iştirak edənlərlə natiqləri hədəf alacaq. Buna görə də Azərbaycan rəsmiləri “Krım platformasında” iştirak etməməklə Kremli əsəbiləşdirməməyə qərar veriblər.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun sözlərinə görə,. halbuki, Azərbaycanda Rusiyanın siyasətindən və rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyətindən razı qalan tapılmaz:

“Krım platfofmasını” görməzlikdən gəldiyimizə görə rusiyalı hərbçilərin Qarabağa erməni separatçıları ilə qucaqlaşmadan əl çəkəcəklərini və Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini gözləməyə dəyməz".

Mərkəz rəhbəri bildirib ki, qvqustun 23 və 24-də Ukraynada bayraq və müstəqillik günü qeyd edilir: "Heç olmazsa həmin gün axşam saatlarında Heydər Əliyev Mərkəzinin binası üzərində Qarabağ müharibəsində bizə dəstək verən Ukraynanın bayrağının videoproyeksiyası unudulmasın, “bu texniki səbəblərdən mümkün deyil” bəhanəsi gətirilməsin".

Mehman
Xəbəri paylaş