Newscenter.az.22.08.2021. Goranboyda 11 yaşlı Fərid Təhməzovu öldürməkdə anası və onunla birgə yaşayan şəxs şübhəli bilinir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Goran qəsəbəsində qamışlıq ərazidə meyti tapılan 11 yaşlı F.Təhməzovun ölümündə onun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi nikahda yaşadığı Anar Məmmədov şübhəli bilinir.
İlkin məlumata görə, onlar F.Təhməzovu döyüb öldürərək, yeniyetmənin meyitini Goran ərazisindəki qamışlığa atıblar.
Qeyd edək ki, qadın polisə oğlunun aşura günü Gəncəyə getdiyini və həmin gündən itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.