Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır"



Newscenter.az.22.08.2021. Azərbaycan və Türkiyənin sülhməramlıları radikal “Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir, təxliyə işlərini davam etdirir.

Newscenter.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir.

Agentliyə danışan Azərbaycan sülhməramlısı Anar Babayev "Hazırda Əfqanistanda xidmətdəyik. Türk qardaşlarımızla birlikdə xidmət aparırıq. Onlara yardım edirik", - deyib.

Bir aya yaxındır Kabildə olduqlarını söyləyən digər hərbçimiz Səxavət Kazımov "Türkiyə əsgərləri ilə eyni bölgədə xidmət aparırıq. Ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey çox yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə dönəcəyik", - qeyd edib.

Digər sülhməramlımız Həbib Həsənov da "Türk qardaşlımıza yardım edirik, hər zaman da yardıma hazırıq", - deyərək, ailəsinə salam gönderib.

Hamid Karzai Beynəlxalq Hava Limanında xidmət edən Azərbaycan əsgərlərindən Qismət Musayev də "Türkiyə əsgərləri ilə birlikdə xidmət edirik, bununla da qürur duyuruq. Biz qardaşıq", - deyə vurğulayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş